Ankara, 28 may, AZƏRTAC
Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizə İdarəsi Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə təbrik mesajı yayıb.
AZƏRTAC xəbər verir ki, idarənin sosial mediada paylaşdığı bayram təbrikində Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının sarsılmazlığı vurğulanıb.
Təbrik mesajında qeyd olunub: “Dost və qardaş Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik”. Paylaşımın sonunda Türkiyə və Azərbaycanın bayraqları yer alıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara