EN

Türkiyə sahillərində 3 tanker hücuma məruz qalıb

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında 3 tankerə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar qeydə alınıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Tribeca" gəmiçilik agentliyi bildirib.

Məlumata görə, Palau bayrağı altında üzən "James II" tankeri hadisə zamanı Qara dənizdə Türkeli rayonunun təxminən 80 km şimalında yerləşirdi.

Həmçinin bildirilib ki, Syerra-Leone bayrağı altında üzən "Altura" və "Velora" tankerləri gəmilər arasında yük köçürmə əməliyyatı aparılarkən yaxınlıqdakı ərazidə hücuma məruz qalıblar.

"Tribeca"nın məlumatına görə, hadisə yerinə xilasetmə qayıqları göndərilib. Tankerlərin bütün heyət üzvlərinin vəziyyəti yaxşıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
6
azpolitika.info

7Sources