EN

İsveç, Macarıstan, Xorvatiya, Mərakeş və Moldova səfirlikləri Azərbaycanı təbrik edib

İsveç, Macarıstan, Xorvatiya, Mərakeş və Moldova səfirlikləri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər.

"Report" xəbər verir ki, müvafiq təbriklər diplomatik missiyaların sosial şəbəkələrində paylaşılıb.

İsveç səfirliyi qeyd edib: "Bu gün Azərbaycanın müstəqilliyinin və Azərbaycan Demokratik Respublikasınin elan edilməsinin 108-ci ildönümü qeyd olunur. Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi və ən xoş arzularımızı bildiririk. Müstəqillik Günün mübarək, Azərbaycan!".

Macarıstan səfirliyi bayram münasibətilə Azərbaycana sülh, sevinc və davamlı inkişaf arzulayıb.

Xorvatiyanın Azərbaycandakı səfirliyi də Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Azərbaycan xalqının Müstəqillik Günü mübarək!" - Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş yazıb.

Moldovanın Azərbaycandakı səfirliyi təbrikində Müstəqillik Gününün Azərbaycanın suverenliyi, milli birliyi və inkişafının rəmzi kimi əhəmiyyətini vurğulayıb.

"Azərbaycan dövlətinin suverenliyi, milli birliyi və fasiləsiz inkişafını simvolizə edən bu gözəl bayram ölkələrimiz arasındakı dostluq münasibətlərini, əməkdaşlığı və qarşılıqlı hörmət hissini xatırlamağa imkan verir. Bu əlaqələr Moldova Respublikasındakı Azərbaycan icmasında da fəxrlə əks olunur, onlar ölkənin inkişafına töhfə verirlər. Bu münasibətlə səfirlik bir daha ən səmimi təbriklərini və ənənəvi sülh və firavanlıq arzularını bildirir. Müstəqillik Günün mübarək, Azərbaycan!" - Moldova səfirliyinin məlumatında deyilir.

Chosen
20
9
far.az

9Sources