EN

Almaniyada məhkəmə kansler Merzə “pijon” deməyi təhqir kimi qiymətləndirib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq əyalətinin Haylbronn şəhər prokurorluğu Almaniya kansleri Fridrix Merzə ünvanlanan “pijon” (almanca Lackaffe - özündənrazı, yekəxana adam) sözünün icazə verilən ifadənin etik qaydanı aşdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Şəhər məhkəməsi dövlət vəzifəsi tutan şəxsə qarşı təhqir ittihamı ilə bağlı cərimə qərarı çıxarıb. Prokurorluq nümayəndəsinin sözlərinə görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, konkret halda siyasi fəaliyyətə aid tənqid deyil, əsas məqsəd şəxsi ləyaqətin alçaldılması olub.

Məhkəmə qərarı hələ qüvvəyə minməyib, çünki ona qarşı apellyasiya şikayəti verilib. Məlumata görə, cəza 30 günlük maliyyə cəriməsi (sutkalıq cərimə vahidləri) formasında müəyyən edilib, lakin məbləğ açıqlanmayıb.

Hadisə sosial şəbəkədə, Haylbronn polisinin "Facebook" səhifəsində dərc olunan yazının altındakı təxminən 400 şərhdən biri ilə bağlıdır. Yazı ötən ilin oktyabrında kanslerin şəhərə səfəri zamanı tətbiq edilən uçuş qadağasına həsr olunmuşdu. Sonradan prokurorluq ümumilikdə 38 paylaşımanı araşdırıb.

Eyni zamanda qeyd olunur ki, prokurorluq “Pinokkio” (burada yalan danışan və ya dürüst olmayan insan mənasında) ifadəsi ilə bağlı başqa bir işi bağlayıb və bunu ifadə azadlığı çərçivəsində icazəli siyasi tənqid kimi qiymətləndirib.

Daha əvvəl “Welt am Sonntag” qəzeti yazmışdı ki, Fridrix Mers 2021-ci ildən bəri internetdə ona qarşı edilən təhqirlərlə bağlı minlərlə şikayət verib və bu səbəbdən onun Almaniya siyasi tarixində ən həssas siyasətçilərdən biri olduğu qeyd olunub.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
bizimyol.info

1Sources