EN

İrəvan bu texnikalarını paradda nümayiş etdirdi

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mayın 28-də Ermənistanın Respublika Gününə həsr olunmuş hərbi parad zamanı yerli və xarici hərbi texnika nümayiş etdirilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, paraddan ilk öncə “Volk” robot sistemi, hava hədəflərini aşkarlamaq və peyk qəbuledicilərini sıradan çıxarmaq üçün “Tuman” radar sistemi, Fransanın “Bastion” zirehli texnikası, Hindistanın “Tata” zirehli texnikası, RBOA piyadalar üçün raket qurğusu, TOS-1A ağır odsaçan sistemləri, “Skorpion” zenit-raket sistemi, Tor-M2KM zenit-raket sistemi, 25 km məsafədə eyni vaxtda 16 hava hədəfini məhv etməyə qadir olan “Lusan” zenit-raket sistemi və “Şit-200” radar sistemləri keçib.

Bundan başqa, paradda “Kornet” tank əleyhinə raket sistemi, “Nizak” tank əleyhinə raket sistemi, yerli istehsal olan 82 mm-lik “Razdan” minaatanı, yerli istehsal olan 120 mm-lik “Sevan” minaatanı, “Atlant2 122 mm-lik çoxməqsədli raket sistemi, D-30 122 mm-lik haubitsa, “Torq” haubitsası, TİR 155 mm-lik raket sistemi, “Mihr” özüyeriyən artilleriya qurğusu, “Aramazd” 155 mm-lik özüyeriyən artilleriya qurğusu, “Şant” çoxməqsədli raket sistemi və Paylatsu” radar sistemi də nümayiş etdirilib.

Parad zamanı Ermənistan özünün PUA sistemlərini də təqdim edib:

Xüsusilə, "Molniya" hücum dronu, yerli AW-5A kəşfiyyat PUA-sı, yerli “Pçela-52 hücum dronu, yerli SPM-1 kəşfiyyat PUA-sı, yerli 2Dev-1-1” kəşfiyyat və hücum PUA-sı, “Vorot-1” antiradar sistemi, yerli “Ştor” kəşfiyyat dronu, yerli BİP-10 kəşfiyyat dronu, yerli UL-450 kəşfiyyat dronu, yerli “Dev-4”, “Dev-K” və “Vorot-2” hücum PUA-ları, eləcə də “Luk” təyyarə tipli PUA göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
axar.az

1Sources