EN

"Simpsonlar"ın keçmiş ssenaristi ABŞ prezidentliyinə namizəd olur - VİDEO

"Simpsonlar" animasiya serialının keçmiş ssenaristi Den Qrini 2028-ci ildə ABŞ-də keçiriləcək prezident seçkisində iştirak etməyi planlaşdırır.

Ölkə.az oxu.az-a istinadən verdiyi məlumata görə, Qrini bu barədə sosial şəbəkələrdə yayımladığı videoda açıqlama verib.

Videonun əvvəlində o, özünü "peyğəmbər" obrazında təqdim edib və mövcud siyasi sistemi tənqid edərək hər iki partiyanı eqoizmdə ittiham edib.

61 yaşlı ssenarist hazırkı rəhbərliyin resursları özündə cəmləşdirdiyini, vətəndaşların isə dəstəkdən kənarda qaldığını bildirib. O həmçinin "Amerika hamı üçün" adlı seçki proqramını təqdim edib.

Den Qrini "Simpsonlar" serialının 7-11-ci mövsümləri üçün ssenarilər yazıb, o cümlədən 2000-ci ildə yayımlanan "Barton gələcəkdə" epizodunun müəllifidir. Həmin seriyada Liza Simpson Donald Trampın prezidentliyindən sonra yaranmış böhranı müzakirə edir ki, sonradan bu epizod "proqnoz" kimi şərh olunub.

Qrini həmçinin "Ofis" və "Borat" layihələrində də çalışıb.

Chosen
28
1
olke.az

2Sources