“Kristal Pelas”ın icarə əsasında çıxış edən yarımmüdafiəçisi Evann Qessan 2025/26 mövsümündə iki avrokubok qazanan futbolçu olub.
Publika.az xəbər verir ki, 24 yaşlı fil dişi sahilli futbolçu mövsümün ilk hissəsini hüquqları məxsus olduğu “Aston Villa”da keçirib. O, Avropa Liqasının əsas mərhələsində komandanın heyətində 7 oyunda meydana çıxıb və 2 qol vurub. Mayın 20-də “Aston Villa” finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Mövsümün ikinci hissəsində isə Qessan icarə əsasında “Kristal Pelas”da çıxış edir. Futbolçu Konfrans Liqasında 6 oyunda iştirak edib və 1 qol vurub. Mayın 27-də “Kristal Pelas” finalda “Rayo Valyekano”nu 1:0 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.