EN

Moskva və Astana Qazaxıstanda AES tikintisi ilə bağlı saziş imzalayıb

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı layihə üzrə əsas əməkdaşlıq prinsiplərini təsdiqləyən sənədi imzalayıblar.  

Bu barədə RT məlumat yayıb.

Bundan başqa iki ölkənin liderləri Rusiya-Qazaxıstan münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldıran bəyannamə imzalayıblar.

Qeyd edək ki, Qazaxıstan Rusiyanın ayıracağı kredit hesabına stansiyanın tikintisini “Rosatom”la əməkdaşlıq çərçivəsində 2035–2036-cı illərdə başa çatdırmağı planlaşdırır.

Poliqon.info

Chosen
17
2
poliqon.info

3Sources