EN

Lavrovdan Paşinyanın bəyanatına REAKSİYA

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin pisləşməsinə baxmayaraq, ölkəsinin "varlanacağını" düşünürsə, qoy bunu təmin etsin.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Bundan əvvəl Paşinyan Qarni şəhərində keçirilən seçkiqabağı təşviqat kampaniyasında çıxış edərək bildirib ki, ölkə rəhbərliyi Rusiya ilə əlaqələrin pisləşəcəyi təqdirdə xammal qiymətlərinin artmasından qorxmur. Çünki onlar ölkəni "dünyanın kəsişmə nöqtəsi"nə çevirərək varlanmağı planlaşdırırlar.

"Mən Ermənistan rəhbərinin fikirlərini şərh edə bilmərəm. Əgər o, ölkənin varlanacağını hesab edirsə, qoy bunu təmin etsin", - deyə nazir "Vesti"yə verdiyi şərhdə vurğulayıb.

Musavat.com

Chosen
23
musavat.com

1Sources