EN

Azərbaycanda “Tesla”ların sayı sürətlə artır – Bəs bazarda qiymətlər necədir?

Azərbaycanda elektrik mühərriklə çalışan “Tesla” markalı avtomobillərin sayı sürətlə artır.  Bu barədə Banker.az-ın bu həftə tərtib etdiyi siyahıda bildirilir.

2026-cı ilin 1 yanvarına ölkədə 1 144 “Tesla” markalı minik avtomobili qeydə alınıb.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 609 ədəd və ya 113.8% çoxdur. Belə ki, 2025-ci ilin əvvəlində ölkədə 535 “Tesla” vardı.

Artım son iki ildə daha da diqqətçəkən olub. Statistikaya əsasən, 2024-cü ilin 1 yanvarında Azərbaycanda cəmi 244 “Tesla” markalı avtomobil qeydə alınmışdı. Beləliklə, iki il ərzində “Tesla” avtomobillərinin sayı təxminən 4.7 dəfə artıb.

Hazırda bazarda ən bahalı “Tesla” modellərindən biri “Cybertruck”dur. 2024-cü il istehsalı və “Tesla Cybertruck” üçün satış elanlarında 169.8 min manat qiymət göstərilir.

“Tesla Model X” modellərinin qiymətləri isə əsasən 54 min manatdan başlayaraq 110 min manata qədər dəyişir. 2023-cü il buraxılışlı “Model X” üçün 110 min manat, 2022-ci il istehsalı modellər üçün isə 107-109 min manat civarında qiymətlər təklif olunur.

“Tesla Model S” modellərinin qiymətləri təxminən 67.5 min manatdan başlayır və komplektasiya ilə vəziyyətindən asılı olaraq 97.7 min manata qədər yüksəlir.

Daha əlçatan seqmentdə yer alan “Tesla Model Y” avtomobilləri əsasən 55-87 min manat aralığında satılır. 2025-ci il istehsalı “Tesla Model 3” modelləri isə bazarda təxminən 56-90 min manat arasında təklif edilir.

Chosen
45
banker.az

1Sources