ain.az, Milli.az portalına istinadən məlumat yayır.
2020-ci ildə Azərbaycanda 35348 nikah və 14628 boşanma qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
2021-ci ildə isə 56314 nikah, 17191 boşanma olub. 2022-ci ildə rəqəmlər 61939 (nikah) və 15983 (boşanma) kimidir.
2023-cü ildə 54200 nikah, 21688 boşanma qeydə alınıb. 2024-cü ildə rəqəmlər 49508 (nikah) və 21384-dür (boşanma).
2025-ci ildə isə 48546 nikah bağlanıb, 20675 cütlük isə boşanıb.
Statistikadan görünür ki, 2020-2025-ci illər ərzində ən çox nikah 2022-ci ildə (61939), ən çox boşanma isə 2023-cü ildə (21688) olub.
Həmçinin, 2022-2025ci illərdə ildənilə nikahların sayı azalan tendensiyada inkişaf edib. 2023-2025ci illərdə boşanmaların sayında ildənilə azalma müşahidə olunur./Trend
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.