Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Kanada Avropada enerji təhlükəsizliyi, Asiyada enerji təhlükəsizliyi üçün həll yollarından biridir”
“Kanada Avropa və Asiyada enerji təhlükəsizliyi üçün həll yollarından biridir və onun təbii qazı bazarda Rusiya qazını əvəz edə bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Kanadanın Baş naziri Mark Karni deyib.
Kanadanın mayeləşdirilmiş təbii qazının bazarda Rusiya qazını əvəz edib-etməyəcəyi sualına Kanada hökumətinin başçısı müsbət cavab verib.
“Kanada Avropada enerji təhlükəsizliyi, Asiyada enerji təhlükəsizliyi üçün həll yollarından biridir. Bu, Almaniyanın enerji təhlükəsizliyinə töhfə verəcək. Və biz avropalı tərəfdaşlarımızla əməkdaşlıqda daha çox şey edə bilərik”, - deyə Karni bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.