EN

Meriya binasını partlatmaqla hədələyən şəxs saxlanıldı

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Niderland polisi Haaqa meriyasının binasında partlayıcını işə salmaqla hədələyən 28 yaşlı kişini saxlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Hart van Nederland" portalı polis nümayəndəsinə istinadən xəbər verib.

Məlumata əsasən, yarıçılpaq vəziyyətdə olan şübhəli şəxs yerli vaxtla saat 11:20-də (Bakı vaxtı ilə 13:20-də - red.) əlində bel çantası ilə şəhər meriyasının binasına daxil olub. Daha sonra o, mühafizə xidmətinin əməkdaşlarına yaxınlaşaraq çantasında bomba olduğunu bildirib. Haaqa meriyasının binası təxliyə edilib, hadisə yerinə polis və danışıqlar aparan mütəxəssislər gəlib. Şübhəli şəxs dərhal təmas qurmağa razılaşıb və qısa müddət sonra könüllü surətdə təslim olub.

Həmin şəxs saxlanılıb, lakin üzərində bomba aşkar edilməyib. Sonradan məlum olub ki, o, artıq polisdə "qeyri-adekvat davranış nümayiş etdirən şəxs" kimi qeydiyyatdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
3
bakivaxti.az

4Sources