EN

“Qəbələ” pley-off matçında qalib gələrək Premyer Liqadakı yerini qorudu

BAKI, 28 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü üçün bütün iştirakçılar müəyyənləşib.

Teleqraf xəbər verir ki, pley-off oyununda Premyer Liqanı 11-ci pillədə başa vuran “Qəbələ” I Liqanın ikincisi “Mingəçevir”lə üz-üzə gəlib.

“SOCAR Polymer Arena”da keçirilən qarşılaşma “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Tural Qurbanovun idarə etdiyi matçda qolları Əkbər Eyubov (36-cı dəq, ö.q) və Seydina Keyta (45+5, p) vurublar.

Chosen
45
teleqraf.com

1Sources