EN

Neymar Braziliyanın DÇ 2026 üçün heyətindən kənarlaşdırıla bilər

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Braziliya Futbol Konfederasiyası (CBF) “Santos” hücumçusu Neymarın 12 iyun tarixinə qədər tam sağalacağını gözləyir.

İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.

Daha əvvəl oyunçunun baldır zədəsindən sonra reabilitasiya mərhələsində olduğu bildirilirdi.

Mənbənin məlumatına görə, əgər Neymar Braziliyanın qrup mərhələsinin birinci tur oyunundan (14 iyun) əvvəl sağalacaqsa, komandada qalacaq. Əks halda, 34 yaşlı hücumçunun milli komandadan kənarlaşdırılması riski artır.

Hazırda CBF Neymarı kənarlaşdırmaq istəmir. Oyunçu dünya çempionatının başlamasına qədər vaxtında sağalmaq məqsədi ilə müalicə protokoluna əməl edəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
icma.az

1Sources