EN

Fars körfəzində gərginlik pik həddə çatdı: İran raketləri işə saldı

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşir.

Musavat.com xəbər verir ki, ABŞ İran şəhərlərinə yenidən dronlarla hücum edib. Buna cavab olaraq İran Fars körfəzi istiqamətində hədəflərə raketlər buraxıb, Hörmüz boğazı yaxınlığında gəmilərə xəbərdarlıq atəşi açıb. 

HHM sistemləri işə düşdü

Qeyd olunur ki, İranın Buşehr əyalətində hava hücumundan müdafiə sistemləri işə düşüb və kiçik dronlara atəş açılıb. Məlumata görə, hadisə Buşehr əyalətinin Cəm şəhərində baş verib. Bildirilir ki, hava hücumundan müdafiə sistemləri ABŞ və İsrailə məxsus olduğu deyilən kiçik pilotsuz uçuş aparatlarına qarşı aktivləşib.

Buna cavab olaraq İranın bəzi hədəflərə raket zərbələri endirdiyi bildirilir. 

Məlumata görə, Bəndər-Abbas və Hörmüz boğazı yaxınlığında atəş səsləri eşidilib. Media resursları bunu İran Hərbi Dəniz Qüvvələrinin bəzi gəmilərə xəbərdarlıq atəşi açması ilə əlaqələndirir.

Eyni zamanda Tasnim agentliyi İran hava hücumundan müdafiə sistemlərinin Buşehr yaxınlığında ABŞ-yə məxsus pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirib.

 

Musavat.com

Chosen
35
37
musavat.com

10Sources