“Qarabağ”ın legioneri Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Bolqarıstan və Slovakiya ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.
Bolqarla görüş iyunun 1-də, Slovakiyaya qarşı oyun isə iyunun 5-də baş tutacaq.