EN

FBI dələduzluqda şübhəli bilinən şəxslərdən 8 milyardlıq kriptovalyuta müsadirə edib

BAKI, 29 may. TELEQRAF

ABŞ Federal Təhqiqat Bürosu (FBI) dələduzluğa qarşı keçirilən əməliyyat zamanı 8 milyard dollar dəyərində kriptovalyuta müsadirə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hüquq-mühafizə orqanları əməliyyat çərçivəsində təxminən 300 nəfəri saxlayıb. Eyni zamanda, Kambocanın “Prince Holding Group” şirkətinin baş direktorunun həbsi zamanı 127 mindən çox bitkoin ələ keçirilib. Bu məbləğin 8 milyard dollardan artıq olduğu bildirilir.

Amerikalı rəsmilərin qiymətləndirməsinə görə, bu hadisə ABŞ hökumətinin tarixində ən böyük müsadirə əməliyyatı hesab olunur.

“Fox News” qeyd edib ki, araşdırma zamanı “SpaceX” şirkətinə məxsus “Starlink” peyk rabitə şəbəkəsi Myanmada istifadə olunan 7 min rabitə terminalını bloklayıb. Həmin terminalların şübhəlilər tərəfindən cinayət məqsədilə istifadə edildiyi vurğulanıb.

Chosen
30
4
teleqraf.com

5Sources