EN

"Tasnim": İran və ABŞ arasında memorandum hələ razılaşdırılmayıb

İran və ABŞ arasında münaqişənin həlli üzrə saziş layihəsi hələ də razılaşdırılmayıb və təsdiq edilməyib.

 

Bu barədə "Tasnim" agentliyi danışıqlar komandasına yaxın mənbəyə istinadən məlumat yayıb.

 

"Bəzi Qərb mənbələrinin İran və ABŞ arasında sözdə anlaşma memorandumunun mətninin yekun olaraq təsdiq edildiyini və elanını gözlədiyini iddia etməsi həqiqətə uyğun deyil. İran hələ vasitəçi Pakistana mətnin yekun təsdiqini elan etməyib", - mənbə qeyd edir.

 

Xatırladaq ki, daha əvvəl "Axios" portalı ABŞ və İran arasında anlaşma memorandumunun layihəsini razılaşdırdığını iddia edib.

Chosen
41
4
senzor.az

10Sources