“Qızıl top” mükafatının növbəti təqdimat mərasiminin vaxtı müəyyənləşib. Xarici KİV-in yaydığı məlumata görə, tədbir bu il oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.
Ölkə.az xəbər verir ki, bu il mükafatın 70 illik yubileyi qeyd ediləcək. “Qızıl top” ilk dəfə 1956-cı ildə təqdim olunub və həmin mükafata ilk sahib çıxan ingilis futbolçu Stenli Mettyus olub.
Qeyd edək ki, ötən ilin qalibi Fransa millisinin və PSJ-nin üzvü Osman Dembele seçilmişdi.
Həmidə