EN

Azərbaycanın tranzit potensialı nümayiş etdirilib

Yazını böyüt
Yazını kiçilt

“AZCON Holding” tərkibinə daxil olan “Azerbaijan Airlines” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) rəhbər heyəti “Airspace World 2026” beynəlxalq sərgisində və “CANSO Leadership Summit” sammitində iştirak edib.

Hafta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, tədbirlər çərçivəsində AZANS aeronaviqasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, əməliyyat dayanıqlığının artırılması və gələcəyin hava məkanı həllərinin formalaşdırılması məqsədilə bir sıra strateji görüşlər, təqdimatlar və tərəfdaşlıq təşəbbüsləri həyata keçirib.

“Airspace World” dünyanın aparıcı aviasiya platformalarından biri hesab olunur. Tədbirdə 140-dan çox ölkədən nümayəndələr, 200-dən artıq şirkət və 10 000-dən çox beynəlxalq iştirakçı iştirak edib. “Airspace World 2026” çərçivəsində AZANS öz stendi ilə təmsil olunaraq Azərbaycanın aeronaviqasiya sistemini və ölkənin strateji tranzit potensialını beynəlxalq aviasiya ictimaiyyətinə nümayiş etdirib. Hımçinin AZANS beynəlxalq media brifinqində təqdimatla çıxış edib. Təqdimat zamanı dəyişən geosiyasi reallıqlar fonunda qlobal hava hərəkəti axınlarının transformasiyası, Avropa-Asiya marşrutlarında struktur dəyişiklikləri, regional koordinasiya, yüksək tranzit trafik şəraitində əməliyyat dayanıqlığının təmin olunması, eləcə də Azərbaycanın hava məkanında artan hava hərəkəti həcmlərinin effektiv idarə olunması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

AZANS rəhbərliyi, həmçinin “Yeni geosiyasi dövrün çağırışları şəraitində hava məkanının gücləndirilməsi: texnologiyalar, dayanıqlılıq və mülki-hərbi əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq panel müzakirəsində iştirak edib. Panel çərçivəsində müasir hava məkanının təhlükəsizliyi, əməliyyat çevikliyi, mülki-hərbi koordinasiya, rəqəmsal transformasiya və dayanıqlı ATM həllərinin rolu ilə bağlı aktual məsələlər müzakirə olunub.

“Airspace World 2026 çərçivəsində AZANS bir sıra strateji görüşlər keçirib və “DFS Aviation Services” (DAS), “UK CAAI”, “NATS” və “Rohde & Schwarz” daxil olmaqla beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq təşəbbüslərini elan edib. Əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq və regional hava limanlarında yeni nəsil ATM sistemlərinin inkişafını, aeronaviqasiya infrastrukturunun rəqəmsal transformasiyasını, uçuşların təhlükəsizlik idarəetmə sistemlərinin (SMS) gücləndirilməsini, qabaqcıl beynəlxalq təcrübələrin tətbiqini və əməliyyat dayanıqlığının artırılmasını əhatə edir.

Tədbir çərçivəsində AZANS nümayəndə heyəti, həmçinin “ICAO”, “EUROCONTROL”, “HungaroControl”, “INDRA”, “Aireon”, “Think Research”, “ERA”, “Gesab” və digər beynəlxalq təşkilat və şirkətlərin nümayəndələri ilə danışıqlar aparıb. Görüşlər zamanı regional koordinasiya, rəqəmsal inteqrasiya, hava hərəkətinin dayanıqlılığı və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub.

Chosen
41
50
hafta.az

10Sources