EN

Peres: Həmişə dünyanın ən yaxşılarını gətirməyə çalışıram

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Real"ın prezidenti Florentino Peres klubun heyəti, transfer siyasəti və yeni baş məşqçi planları ilə bağlı mühüm açıqlamalar verib. Sport24.az xəbər verir ki, klub rəhbəri ilk növbədə komandanın ulduz hücumçusu Vinisius Juniorun gələcəyinə toxunub.

Peres braziliyalı vingerin Madrid klubunda qalmasını istədiyini gizlətməyib:

"Ümid edirəm ki, Vinisius müqaviləsini yeniləyəcək. O, dünyanın ən yaxşı futbolçularından biridir".

"Kral klubu"nun transfer siyasəti barədə də danışan təcrübəli funksioner, hər zaman iddialı olduqlarını vurğulayıb: 

"Hər kəs bilir ki, mən həmişə dünyanın ən yaxşı futbolçularını "Real"a gətirməyə çalışıram".

Florentino Peres komandanın başına keçəcək yeni baş məşqçi mövzusuna da aydınlıq gətirib. O, əllərindəki heyətlə böyük işlər görməyin mümkün olduğunu bildirib:

"Yaxşı məşqçi komandamızı işlək vəziyyətə gətirəcək. Çünki bizim dünyanın ən yaxşı oyunçuları var".Madrid klubunun prezidenti vaxtilə "Real"ı çalışdırmış portuqaliyalı mütəxəssis Joze Mourinyo haqqında da qısa fikirlərini bölüşərək, "Mourinyo çox yaxşı məşqçidir" - deyə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
31
sport24.az

10Sources