EN

Fransa iqtisadiyyatı daralıb, inflyasiya sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa iqtisadiyyatı daralıb, inflyasiya sürətlənib.

Banco.az xəbər verir ki, Avrozonanın ikinci ən böyük iqtisadiyyatına malik olan Fransanın ümumi daxili məhsulu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalıb.

Fransa Milli Statistika İnstitutunun yekun məlumatlarına görə, ölkədə ümumi daxili məhsul ilin ilk üç ayında ötən rüblə müqayisədə 0,1 faiz geriləyib. Beləliklə, qurum daha əvvəl 0 faiz olaraq açıqladığı ilkin göstəricini aşağı istiqamətdə yeniləyib.

İqtisadiyyatdakı zəif nəticənin əsas səbəbi ixracatda qeydə alınan kəskin azalma olub. Əvvəlki rübdə 0,9 faiz artan ixrac ilin ilk rübündə 3,5 faiz geriləyib.

İxracdakı azalmanın əsas səbəblərindən biri xüsusilə təyyarə və aviasiya sektorunda çatdırılmaların azalması olub. Digər tərəfdən, istehlakçıların daha çox qənaətə üstünlük verməsi nəticəsində ev təsərrüfatlarının istehlak xərcləri də 0,2 faiz azalıb.

İqtisadi zəifləmə ilə yanaşı, ölkədə inflyasiya təzyiqləri də güclənib. Fransada aprel ayında 2,5 faiz olan istehlak qiymətləri indeksi may ayında 2,8 faizə yüksəlib.

Məlumatlar göstərib ki, inflyasiyanın artmasının əsas səbəbi, ilk növbədə təbii qaz olmaqla enerji xərclərinin yüksəlməsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
104
7
banco.az

10Sources