EN

İstanbulun fəthi:Tarixin dönüş nöqtəsindən 573 il keçir

İstanbulun fəthindən 573 il ötür. 1453-cü il mayın 29-da Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol Osmanlı sultanı Fateh Sultan Mehmet (II Mehmet) tərəfindən fəth edilib.

 

Şəhərdə ilk məskunlaşma

 

İstanbulda ilk məskunlaşma səkkiz min il əvvələ təsadüf edir. Bu, şəhərin Yenikapı bölgəsində aparılan qazıntılar nəticəsində ortaya çıxıb. Tarixi neolit dövrünə qədər uzanan İstanbul eramızın IV əsrində Roma imperatoru Böyük Konstantin tərəfindən Şərqi Roma İmperatorluğunun paytaxtı seçilib. Altı il ərzində şəhərin divarları genişləndirilib, məbədlər, rəsmi binalar, saraylar, ippodromlar və digər tikililər inşa edilib.

 

1453-cü ildən əvvəl müxtəlif tayfalar və sivilizasiyalar dəfələrlə İstanbulu fəth etməyə çalışıblar. Dünyanın mərkəzi hesab edilən bu tarixi şəhər 1453-cü ildə Bizans İmperiyasının paytaxtı ikən aprelin 6-dan mayın 29-dək davam edən mühasirədən sonra fəth edilib. Fateh Sultan Mehmet tərəfindən həyata keçirilən bu fəth Osmanlı imperiyasının yaranmasına, Bizans imperiyasının isə tarix səhnəsindən silinməsinə səbəb olub. İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali tamamilə sərbəst buraxılıb. Bu addım sultanın əhali arasında nüfuzunu artırıb.

 

İstanbul adının tarixi

 

Şəhərin İstanbul adlandırılması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mənbələrə görə, 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi. Bosfor boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hökmdarları şəhər üçün ad seçməyərək, sadəcə, “İslam şəhəri” mənasını bildirən “İslambol” adını qəbul ediblər. Türkiyə Respublikası qurulduqdan sonra isə şəhər rəsmi olaraq İstanbul adlandırılıb.

 

İstanbul bu gün

 

Türkiyə Statistika Komitəsi (TÜİK) tərəfindən yayımlanan ən son rəsmi hesabatlara əsasən, şəhərin əhali sayı əvvəlki illə müqayisədə 52 min 451 nəfər artaraq 15 milyon 754 min 53 nəfərə çatıb. Bununla da İstanbul Türkiyə əhalisinin 18,3%-ni özündə birləşdirərək ölkənin ən sıx məskunlaşmış şəhəri statusunu saxlayır.

 

29 may tarixi hər il İstanbulda müxtəlif tədbirlərlə böyük coşqu ilə qarşılanır. Şəhərdə müxtəlif tədbirlər, konsert proqramları, yarışlar və digər tədbirlər təşkil olunur.

Tarix: 29 May 2026, 14:53   
Chosen
34
7
pravda.az

10Sources