EN

Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu

Gəncədə evdə bədbəxt hadisə baş verib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Chosen
6
7
far.az

10Sources