EN

Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı XƏBƏRDARLIQ

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
9
news.milli.az

10Sources