"Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Mütəxəssisin başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünü 15 xalla sonuncu sırada bitirən "Karvan-Yevlax" I Liqaya düşüb.