EN

Aİİ liderləri Ermənistanda Aİ-yə qoşulmaqla bağlı referendumu keçirilməsini təklif ediblər

Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderləri hesab edirlər ki, Ermənistanda Avropa İttifaqına qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı ümumxalq referendumu keçirilməlidir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstan liderlərinin Ermənistanla bağlı bəyanatında bildirilib.

Bəyanatda xüsusən də Avrasiya Hökumətlərarası Şurasının üzvlərinin dekabr ayında Aİİ müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabat verəcəkləri qeyd olunub.

Chosen
36
50
apa.az

10Sources