EN

Polşada orta məktəblərdə smartfonların qadağan edilməsi müzakirə olunacaq

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Polşa hökuməti yaxın günlərdə orta məktəblərdə mobil telefonlardan istifadənin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk “Gənclərin rəqəmsal gələcəyi” mövzusunda keçirilən ictimai məsləhətləşmələr zamanı məlumat verib.

Tusk bildirib ki, Nazirlər Şurasına təqdim olunacaq layihə birinci sinifdən səkkizinci sinfə qədər olan şagirdlər üçün məktəblərdə mobil telefon istifadəsini qadağan etməyi nəzərdə tutur.

Bundan əvvəl, fevral ayında Polşanın təhsil naziri Barbara Novatska 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması planlarını açıqlamışdı.

Nazirin sözlərinə görə, hazırlanan qanun layihəsi istifadəçilərin yaşının yoxlanılması məsuliyyətini sosial media platformalarının üzərinə qoyur. Əgər platformalar uşaqlar üçün əlçatan olaraq qalarsa, onlar cərimələnə bilər.

Barbara Novatska qeyd edib ki, qanunun 2027-ci ilin əvvəlində qüvvəyə minməsi mümkün hesab olunur.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
bizimyol.info

1Sources