EN

Azərbaycan uşaqlarının “Mənim dünyam” adlı sərgisi İtaliyada - FOTOLAR

24–25 may tarixlərində İtaliyanın Cassine şəhərində yerləşən Palazzo Mandrilli qalereyasında “Sən1Sən” Beyin Mərkəzi tərəfindən Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş növbəti beynəlxalq mədəniyyət sərgiləri silsiləsi keçirilib.

QHT.az xəbər verir ki, bu dəfə tədbirin ən xüsusi və həssas xəttini “Mənim dünyam” adlı uşaq sərgisi təşkil edib. Sərgidə Azərbaycanın yaradıcı uşaqlarının əsərləri ilə yanaşı, 2 saylı Uşaq Evinin istedadlı uşaqlarının rəsmləri də təqdim olunub.

Bu incə və mənalı sərgi bir daha göstərdi ki, müstəqil Azərbaycanın gələcəyini məhz yaradıcı düşünən, daxili dünyasını ifadə edə bilən, işıqlı yeni nəsil formalaşdıracaq.

Tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının yaradıcı tələbələrinin əsərlərindən ibarət “Harmoniya” adlı rəsm sərgisi də sənətsevərlərə təqdim olunub. Tədbirlərin açılışını Sən1Sən Beyin Mərkəzinin rəhbəri Fəridə Quluzadə və Akvi Terme şəhər meriyasının üzvü, ANCOT cəmiyyətinin prezidenti xanım Franca Roso etmişlər. 

Bu tədbirlər İtaliya-Azərbaycan münasibətlərinin gücləndirilməsində, ölkəmizin və mədəniyyətimizin İtaliyada təbliğinə xidmət edir. 
 

Chosen
41
qht.az

1Sources