Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Muğla vilayətinin Marmaris rayonunda göyərtəsində 110 sərnişin olan tur gəmisi batıb. Akvarium körfəzi yaxınlığında su almağa başlayan gəmi qısa müddət sonra sulara qərq olub.Hadisə mavi tur zamanı baş verib. Gəmidə yaranan nasazlığı vaxtında fərq edən heyət marşrutu dərhal sahilə doğru dəyişib. Ərazidə olan digər dənizçilərin və Sahil Mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub.Xilasetmə əməliyyatı başa çatdıqdan bir neçə dəqiqə sonra gəmi tamamilə suyun altına batıb. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.Muğlanın meri Nurullah Kaya hadisə yerinə gələrək vəziyyətlə maraqlanıb. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.