EN

Türkiyədə yüzdən çox turisti daşıyan gəmi batdı

Muğlanın Marmaris rayonunda turistləri daşıyan gəmi batıb.Metbuat.az.az xəbər verir ki, hadisə Cənnət adası yaxınlığında baş verib. İlkin məlumata əsasən, dəniz gəzintisi üçün istifadə olunan gəmidə texniki problem yaranıb. Vəziyyətin təhlükəli olduğunu görən heyət üzvləri sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün dərhal tədbir görüblər.

Gəmidə olan 110 nəfər ətrafdakı qayıqlar və digər tur gəmilərinin köməyi ilə təxliyə olunub. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Chosen
50
metbuat.az

1Sources