EN

Bu dərman geri çağırılır — Tərkibi başqası ilə səhv düşüb

Təzyiq dərmanından istifadə edənlər üçün təhlükə yaranıb. "Ramipril" preparatının qablaşdırmasında ciddi xəta aşkarlandığı üçün məhsul geri çağırılır.

Böyük Britaniyada "Crescent Pharma" şirkətinə məxsus 2,5 mq-lıq "Ramipril" kapsullarının GR155023 nömrəli partiyasında qablaşdırma səhvi tapılıb. Tibb işçisi möhürlənmiş qutunun içində dozası dörd dəfə daha güclü olan 10 mq-lıq blisterlər aşkar edib. MHRA hər iki dozanın eyni zavodda istehsal olunduğunu və səhvin paketləmə zamanı baş verdiyini təsdiqləyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, səhvən yüksək doza qəbul etmək əks təsirlərə yol aça bilər. Başgicəllənmə, huşunu itirmə, halsızlıq və ya böyrək funksiyasının pozulması kimi hallar müşahidə oluna bilər. Xüsusilə həssas xəstələr üçün bu vəziyyət daha risklidir.

Əgər qeyd olunan partiya nömrəli dərmanı almısınızsa, dərhal aptekə müraciət etməyiniz tövsiyə olunur. Yanlışlıqla yüksək doza qəbul etdiyini düşünən şəxslər mütləq həkim müayinəsindən keçməli və lazımi testləri verməlidir. Hazırda partiyanın satışdan yığışdırılması prosesi davam edir.

İsmayıl
Demokrat.az
Chosen
44
1
demokrat.az

2Sources