EN

Böyük Britaniyada Yunanıstan vətəndaşı İrana işləməkdə ittiham olunur

Böyük Britaniyada Yunanıstan vətəndaşı İrana işləməkdə ittiham olunur

Böyük Britaniyada Yunanıstan vətəndaşı Londonda yerləşən "Iran International" telekanalının jurnalistini təqib etməkdə və İranla əlaqəli xarici kəşfiyyata yardım göstərməkdə ittiham olunur.

AFN.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Münhendə yaşayan 46 yaşlı İoannis Aydinnidis mayın 16-da saxlanılıb və Britaniyanın Milli Təhlükəsizlik Qanununa əsasən ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, o, rəsmi Tehranı kəskin tənqid edən media qurumunun əməkdaşına təzyiq göstərməyə cəhd edib. Antiterror bölməsi ictimaiyyət üçün geniş təhlükənin olmadığını və təhqiqatla bağlı şəxslərin təhlükəsizliyinin təmin edildiyini bildirib.

Qeyd edək ki, cari ilin aprel ayında Londonda sözügedən telekanalla əlaqəli obyekti yandırmağa cəhd göstərən üç şəxsə qarşı da ittiham irəli sürülmüşdü. Britaniya rəsmiləri bu hadisələrin paytaxtdakı digər, o cümlədən yəhudi obyektlərinə qarşı törədilən silsilə yanğınlarla bağlılığını araşdırır.

Chosen
25
afn.az

1Sources