EN

Qurban bayramı ilə bağlı statusuna görə tənqid etdilər

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin "Avroviziya"dakı ilk təmsilçisi olan tanınmış müğənni Semiha Yankının Qurban bayramı ilə bağlı paylaşımı sosial mediada səs-küyə səbəb olub. Sənətçi bayramı qeyd etmədiyini açıq şəkildə ifadə edərək izləyicilərini iki hissəyə bölüb."Seninle Bir Dakika" mahnısı ilə yaddaşlarda qalan əfsanəvi ifaçı öz sosial şəbəkə hesabında "Bu bayram mənim bayramım deyil, ona görə də təbrik etmirəm" sözlərini yazıb. Bu fikirlərinə görə tənqid atəşinə tutulan Yankı geri addım atmayaraq, heç kimi sevməyə məcbur olmadığını və hər kəsin seçiminə hörmət edilməli olduğunu bildirib. 1975-ci ildəTürkiyəni beynəlxalq müsabiqədə ilk dəfə təmsil edən 17 yaşlı gənc qız kimi tarixə düşən ulduz, indi də bu kəskin çıxışı ilə gündəmin əsas mövzusuna çevrilib.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
2
demokrat.az

3Sources