İranın uran ehtiyatlarının Qazaxıstana daşınması gündəmə gəlib.Metbuat.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bu barədə “Financial Times” nəşrinə açıqlama verib. O bildirib ki, ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı razılıq əldə olunarsa, Qazaxıstan yüksək səviyyədə zənginləşdirilmiş uranın saxlanmasını öz üzərinə götürə bilər.Qrossinin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən görüş zamanı bu təşəbbüsə müsbət yanaşıb.BAEA rəhbəri qeyd edib ki, təşkilatın Qazaxıstanda aşağı zənginləşdirilmiş uran bankı fəaliyyət göstərdiyi üçün materialların təhlükəsiz şəkildə qorunması üçün lazımi imkanlar mövcuddur.O əlavə edib ki, bu variant həm Vaşinqton, həm də Tehran üçün uyğun həll yolu hesab oluna bilər. Bununla yanaşı, yekun qərarın nüvə danışıqlarının nəticəsindən asılı olacağı vurğulanıb.