EN

İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard tələb edir

İran nüvə proqramı və digər məsələlərlə bağlı danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə İranın Fars News agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal ödənilməsindən gedir.

“Razılaşmanın ABŞ prezidenti Donald Trampın açıqlamadığı ən mühüm hissəsi İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal ödənilməsi şərtidir. Razılaşmanın mətninə əsasən, bu məbləğ təxirə salınmadan köçürülməlidir və həmin ödəniş həyata keçirilməyənə qədər İran əlavə danışıqlara başlamayacaq”, - deyə Fars News yazıb.

Məlumata görə, Tehran bu tələbi gələcək danışıqların əsas şərtlərindən biri kimi irəli sürür.

 

Musavat.com

Chosen
36
1
musavat.com

2Sources