EN

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

Yaşlı insanlarla assosiasiya olunan spesifik bədən qoxusu orqanizmdə oksidləşdirici stress və hormonal dəyişikliklərlə əlaqədardır.

Ölkə.az xəbər verir ki, bu barədə nutrisioloq Mişel Sends "Yahoo"ya danışıb.

Ekspertin sözlərinə görə, yaş artdıqca orqanizmin antioksidant müdafiəsi zəifləyir, hormon səviyyələri dəyişir və nəticədə dəri oksidləşdirici stressə qarşı daha həssas olur. Bu isə kif və yağ qoxusunu xatırladan spesifik iyin yaranmasına səbəb olur.

MiÅŸel Sends bildirib ki, bu qoxunun É™sas sÉ™bÉ™bi yaÄŸ turÅŸularının oksidləşmÉ™si zamanı yaranan “2-nonenal” adlı maddÉ™dir. HÉ™min maddÉ™ dÉ™ridÉ™n çətin tÉ™mizlÉ™nir vÉ™ proses gigiyena çatışmazlığı ilÉ™ deyil, orqanizmdÉ™ yaÅŸla baÄŸlı dÉ™yiÅŸikliklÉ™rlÉ™ É™laqÉ™lidir.

Nutrisioloq oksidləşdirici stressi və buna bağlı qoxunu azaltmaq üçün bir sıra tövsiyələr də verib. O, keyfiyyətli yuxu, əzələ kütləsinin artırılması, alkoqol istifadəsinin azaldılması və antioksidantlarla zəngin qidalanmanın vacib olduğunu vurğulayıb.

Ekspert xüsusilə parlaq rəngli giləmeyvələrin, yaşıl çayın, omeqa-3 yağ turşuları ilə zəngin balığın, həmçinin brokoli və sarımsaq kimi tərəvəzlərin rasiona daxil edilməsini məsləhət görüb. Emal olunmuş qidaların azaldılmasının da faydalı olduğu qeyd edilib.

Mişel Sends əlavə edib ki, bədən qoxusundakı qəfil dəyişiklikləri yalnız yaşlanma ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, bu cür dəyişikliklər maddələr mübadiləsi problemlərinin və ya müxtəlif xəstəliklərin əlaməti ola bilər.(publika)

Chosen
17
2
olke.az

3Sources