Putin ömrün uzadılması texnologiyalarına milyardlarla dollar sərmayə yatırır.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin araşdırmasında qeyd olunub.
Məlumata görə, Rusiyada qocalmanın ləngidilməsinə yönəlmiş 26 milyard dollarlıq proqram həyata keçirilir.
Məqalədə bildirilir ki, layihəyə prezidentin qızı Mariya Vorontsova və Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuk nəzarət edir.