EN

Putin: “Müharibənin sonu yaxınlaşır”

Rusiya prezidenti Vladimir Putin Astanada jurnalistlərə bildirib ki, Ukrayna ilə danışıqların davam etdirilməsinə hazırdır.

Adalet.az xəbər verir ki, Putin heç vaxt danışıqlardan imtina etmədiyini vurğulayıb:

“Hazırda tam mənada danışıqlar aparılmır, lakin biz buna hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik”, — deyə Putin bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, tərəflər arasında müəyyən təmaslar hələ də saxlanılır.
Putin müharibənin nə zaman başa çatacağını dəqiq deməyin mümkün olmadığını da qeyd edib. Eyni zamanda o vurğulayıb ki, cəbhədəki vəziyyət elə formalaşır ki, bu, müharibənin yekunlaşdığını söyləməyə əsas verir.

Chosen
9
4
adalet.az

5Sources