EN

Bölgə klubunun hücumçusu “Turan Tovuz”da

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Portuqaliyalı hücumçu Dioqo Almeyda “İmişli”dən ayrılacaq.

Futbolpress.az-ın məlumatına görə, 25 yaşlı futbolçu “Turan Tovuz”la anlaşıb. Bölgə klubu forvard üçün “İmişli”yə təzminat ödəyəcək.

Yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq “Turan Tovuz” keçidi yaxın zamanda rəsmiləşdirəcək. Komandanın avrokuboklara vəsiqə əldə etmədi Almeydanın qərarında həlledici rol oynayıb.

Portuqaliyalı mərkəz hücumçusu 2025-ci ilin yayından “İmişli”də çıxış edirdi. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 26 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
1
futbolpress.az

2Sources