Müğənni Elçin Cəfərovun Heydər Əliyev Sarayında ilk solo konserti baş tutub. Sənətçi konsert öncəsi media nümayəndələrinə özəl açıqlamalar verib.
Sənətçi doğma şəhərində, ölkənin əsas səhnələrindən birində çıxış etməyin böyük məsuliyyət olduğunu vurğulayıb: “Belə böyük bir məkanda konsert vermək həm çox məsuliyyətlidir, həm də çox həyəcanlıdır. Bunun həm maddi, həm də mənəvi tərəfi var”.
O, konsert üçün ciddi maliyyə xərcləri çəkdiyini də gizlətməyib: “Mən sənətimi çox sevirəm və sənətim üçün hər zaman xərcləməyə hazıram. Lazım olsa maşınımı da, evimi də sataram. Təki ürəyimdə olan işi görə bilim”.
Müğənni gələcək planlarından danışarkən isə özünə sərhəd qoymadığını bildirib: “Mən ümumiyyətlə limitsiz düşünən insanam. Harada dayanacağımı özüm də tam bilmirəm. Ona görə də deyə bilərəm ki, bu hələ başlanğıcdır”.