Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Vaşinqton, 30 may, AZƏRTAC
ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter deyib.
“Prezident Trampın ev sahibliyi etdiyi tarixi sülh sammitindən sonra münasibətləri geniş sahələrdə inkişaf etdirmək üçün birlikdə çalışırıq. Gələn həftə keçiriləcək ilk iqtisadi dialoqumuzu səbirsizliklə gözləyirik. O, hər iki ölkə və biznes icması üçün inanılmaz dərəcədə əhəmiyyət kəsb edən səyləri inkişaf etdirmək imkanı yaradacaq. Düşünürəm ki, yaxın gələcəkdə əla nəticələr görəcəyik”, - deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.