Bakı, 30 may, AZƏRTAC
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin “Arsenal” komandaları üz-üzə gələcəklər.
Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.
Qeyd edək ki, yarımfinalda PSJ Almaniyanın “Bavariya” klubunu, “Arsenal” isə İspaniyanın “Atletiko Madrid” komandasını mübarizədən kənarlaşdırıb. Paris klubu turnirin son qalibidir.