EN

Oğuzda külək elektrik dirəklərini aşırdı - 15 kənd işıqsız qaldı

Oğuz rayonunda güclü külək səbəbindən bir çox kəndlər işıqsız qalıb.

Ölkə.az-ın məlumatına görə, güclü külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.

Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb.

Nəticədə Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

Chosen
15
12
olke.az

10Sources