(®) 23 may tarixində "PAŞA Həyat"ın əməkdaşları korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Lənkəran 5 saylı Osman Mirzəyev adına Uşaq Evini ziyarət ediblər.
Təşəbbüsün əsas məqsədi uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtməkdir.
Ziyarət öncəsi uşaq evində yaşayan 42 uşaq öz istəklərini məktublar vasitəsilə "PAŞA Həyat" əməkdaşları ilə paylaşıb. Əməkdaşları həmin məktubları diqqətlə oxuyaraq uşaqların arzuladığı hədiyyələri təqdim ediblər.
Tədbirdə "PAŞA Həyat" komandasından 20 əməkdaş iştirak edərək gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla birlikdə əyləniblər.
Bu görüş bir daha göstərir ki, kiçik bir diqqət və qayğı belə uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.
"PAŞA Həyat" olaraq inanırıq ki, cəmiyyətə dəyər qatmağın ən gözəl yolu paylaşmaq, qayğı göstərməkdir.








