EN

Futbolçu Rahim Sterlinq qəza törətdi, polis tərəfindən saxlanıldı

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Mançester Siti" və "Çelsi"nin keçmiş hücumçusu Rahim Sterlinq avtomobili narkotik vasitənin təsiri altında idarə etmə şübhəsi ilə saxlanılıb.

Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin dördqat çempionunun avtomobilində qadağan olunmuş maddələr aşkar edilib.

Futbolçu tibbi müayinədən keçməkdən imtina edib. Mənbənin məlumatına görə, Sterlinq "Lamborghini" markalı avtomobili ilə qəzaya uğramasından sonra saxlanılıb.

Hadisədə digər nəqliyyat vasitələri iştirak etməyib və xəsarət alan yoxdur. Vurğulanır ki, "Feyenoord"un hücumçusu girov qarşılığında zaminə buraxılıb.

Sterlinqə yaxın olan mənbələr oyunçunun "çətinliklər" yaşadığını qeyd edirlər.

2026-cı ilin yanvarında "Çelsi" futbolçu ilə əməkdaşlığı dayandırıb. Fevral ayında isə Sterlinq "Feyenoord"la müqavilə imzalayıb. O, Niderland çempionatında səkkiz oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
sherg.az

1Sources