EN

Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 09:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Şəki sakini Amil Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticədə sürücü A. Əmiraslanov və sərnişin - 46 yaşlı Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobildə sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücü A. Əmiraslanov yanğınsöndürən xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
6
9
poliqon.info

10Sources