EN

"Birinci liqa klublarından da cəlbedici təklif olarsa..." – Elmar Baxşıyev

Ötən ilin dekabrından işsiz olan Elmar Baxşıyev karyerasını yenidən bərpa etmək niyyətindədi.

45 yaşlı çalışdırıcı "Football-plus.az"a açıqlamasında uyğun təklif alacağı təqdirdə işləməyə hazır olduğunu bildirdi:

"Heç bir klubla danışıq aparmamışam. Elita və ya birinci liqa – fərqi yoxdu. Birinci liqa klublarından da cəlbedici təklif olarsa, üzərində dayanmaq mümkündü".

Xatırladaq ki, Baxşıyev daha öncə "Araz-Naxçıvan"ı və "Qəbələ"i çalışdırıb.

MURAD ABDULLAZADƏ
Chosen
36
1
football-plus.az

2Sources