EN

Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın Augusta limanında Azərbaycanın Azeri Light CIF markalı xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,56 dollar və ya 2,5% azalaraq bir barel üçün 98,01 dollara düşüb.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə bildirib.

Türkiyənin Ceyhan limanında Azeri Light FOB markalı xam neftin qiyməti 2,49 dollar və ya 2,5% azalaraq 95,89 dollara düşüb.

URALS markalı xam neftin qiyməti əvvəlki qiymətə nisbətən 3,09 dollar və ya 4,2% azalaraq bir barel üçün 70,78 dollara düşüb.

Şimal dənizində hasil edilən Dated Brent markalı xam neftin bir barelinin qiyməti əvvəlki qiymətə nisbətən 3,24 dollar və ya 3,3% azalaraq bir barel üçün 93,56 dollara düşüb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində orta hesabla bir barel üçün neftin qiyməti 65 dollar proqnozlaşdırılır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
2
news.milli.az

3Sources